Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minlərlə insan işsiz qalacaq

Minlərlə insan işsiz qalacaq

Tarix: 17 May 2024 20:44

Yaponiyanın elektronika istehsalçısı "Toshiba" ölkədəki işçilərin 6 faizini - 4 min əməkdaşı ixtisar edəcək.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Toshiba" son maliyyə itkilərinə görə yenidən strukturlaşacaq və personalın sayını azaldacaq.

Müvafiq olaraq, şirkət noyabr ayına qədər ölkədə 4 min işçini ixtisar edəcək. "Toshiba"nın Baş İcraçı Direktoru (CEO) Şimada Taro bildirib ki, işdən çıxarılma ağrılı bir qərardır:

"Bu, "Toshiba"nın daha 100 il yaşaya bilməsi üçün lazımdır. Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi böyümə sahələrinə yönəldəcək "Toshiba", törəmə şirkətləri inteqrasiya edərək lazımsız əməliyyatları azaltmağı planlaşdırır".

Qeyd edək ki, statistikaya görə, şirkət 2023-cü ilin aprelindən 2024-cü ilin mart ayına qədər 481 milyon dollar zərər edib.


Etiketlər:  Minlərlə insan işsiz qalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ