Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft”dan köhnə kompüterlər barədə qadağa

“Microsoft”dan köhnə kompüterlər barədə  qadağa

Tarix: 18 May 2024 07:08

"Microsoft" şirkəti özünün "Edge" brauzeri üçün sistem tələblərinin yenilənməsini elan edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 126-cı versiyadan başlayaraq "SSE3" təlimat dəstini və ya daha sonrakı versiyaları dəstəkləyən prosessor tələb edəcək.

Dəyişiklik yalnız köhnə avadanlıqdan istifadə edən məhdud sayda istifadəçiyə təsir edəcək. "SSE3" dəstəyi ilə prosessorlar ilk dəfə 2004-cü ildə "Prescott" xəttinin bir hissəsi kimi "Intel" tərəfindən təqdim edilib. Bunlar "Pentium 4", "Pentium D" və "Celeron D" prosessorlarıdır. AMD-yə gəlincə, "SSE3" üçün dəstək "Opteron", "Sempron", "Athlon 64" və "K8" arxitekturasına əsaslanan digər prosessorlarla başlayıb.

"Microsoft" brauzerin "SSE3" təlimatlarına dəstək olmadan niyə işləyə bilməyəcəyini izah etmir. Üstəlik, digər brauzerlərdə belə bir tələb yoxdur.

Qeyd edək ki, köhnə kompüterlərin istifadəçiləri hələ də "Microsoft Edge"dən istifadə edə biləcəklər. Lakin bu, təhlükəsiz olmaya bilər.


Etiketlər:  Microsoftdan köhnə kompüterlər barədə qadağa


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ