Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2024 13:54
Azərbaycan yığmasının futbolçusu Mahir Emreli uzun müddətdən sonra Xorvatiya çempionatında meydana çıxıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, onun formasını geyindiyi "Dinamo" 35-ci turda "Slaven"lə qarşılaşıb.
Oyun Mahirin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Emreli qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, Zaqreb klubu ötən turda Xorvatiya çempionu tituluna yiyələnib.