Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2024 00:46
Moskvanın şərqində Sokolinaya Qora rayon administrasiyasının yerləşdiyi binada yanğın baş verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Şerbakovskaya küçəsindəki 5A binasında yanğın sahəsi 1,2 min kvadratmetrə çatıb.
Açıq mənbələrə görə, binada hökumət binası ilə yanaşı, bar və mağazalar da var.
Yanğınsöndürmə briqadaları yanğının qarşısını almağa çalışır.