Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 14:28
Penaltilər seriyasında yeni dünya rekordu qeydə alınıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu, İsrail çempionatının üçüncü liqasında baş verib.
İkinci diviziona yüksəlmək uğrunda pley-offda "Dimona" və "Şimşon Təl-Əviv" üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olunub.
Qalibi müəyyənləşdirmək üçün rəqiblər hərəyə 28 penalti vurub. Ümumilikdə 56 belə zərbədən sonra "Dimona" 23:22 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bunadək rekord Namibiya kubokunun finalına məxsus idi. 2005-ci ildə "Palas" "Siviks"ə ümumilikdə 48 penaltidən ibarət seriyada qalib gəlib - 2:2, pen. 17:16.