Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toni Kroosdan gözlənilməz qərar

Toni Kroosdan gözlənilməz qərar

Tarix: 21 May 2024 15:44

Almaniya millisinin və "Real"ın futbolçusu Toni Kroos karyerasını bitirməklə bağlı qərarını açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarımmüdafiəçi Avropa çempionatından sonra futbolla vidalaşacaq.

"Real" ilə muqaviləsi mövsümün sonunda bitəcək 34 yaşlı futbolçunun klub ilə yeni müqavilə imzalayacağı deyilirdi. Lakin Toni bununla bağlı sosial şəbəkə hesabında emosional paylaşım edib: "Real"dakı çıxışım həm futbolçu kimi, xüsusən də insan kimi həyatımı dəyişdirən gün idi. Bu, dünyanın ən böyük klubunda yeni bir fəslin başlanğıcı idi. 10 il sonra bu fəsil başa çatır. Mən o inanılmaz uğurlu vaxtı heç vaxt unutmayacam!".

Qeyd edək ki, Toni Kroos 2014-cü ilin iyul ayının 17-də "Real"a transfer olunub.

Milli.Az


Etiketlər:  Toni Kroosdan gözlənilməz qərar


RƏYLƏR