Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alen Simonyan: ''Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq''

Alen Simonyan: ''Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq''

Tarix: 21 May 2024 17:08

"Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Məndə belə bir məlumat yoxdur", - o bildirib.

Simonyan vurğulayıb ki, Kirants kəndi ərazisində mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq.

Spikerin sözlərinə görə, davam edən proses yekun sərhədin müəyyənləşdirilməsi üçün zəmin yaradır.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.


Etiketlər:  Alen Simonyan Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ