Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 19:50
"Mənim böyük nəvəmə babasının adını qoyublar, adı Faiqdir. Oğlum zəng edib, telefonu ona verir. Bir də gördüm nəvəm mənə "Flora xanım" deyir".
Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri "İncə səhər" verilişində Xalq artisti Flora Kərimova deyib. O bildirib ki, nənəlik ən böyük rütbədir:
"Sən demə, oğlum onu öyrədib. Nə günə düşdüm... Mən nənəyəm. Bu elə bir rütbədir ki. Dedim, əgər sən mənə bir də "Flora xanım" desən, Allah məni öldürsün. O qədər əziyyət çək, böyüt... Elə adamlar tanıyıram ki, nəvəsinə icazə vermir, adı ilə çağırırlar. Onda sən uşağı öz səviyyəndə görürsən. Onda uşağın nənəsinə hörməti olmayacaq. Böyüyəndə adı ilə çağıracaq".