Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2024 12:00
Şahzadə Harri təhlükəsizlik səbəbi ilə Londona səfəri zamanı III Çarlzın kral iqamətgahında qalmaq təklifindən imtina edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mayın əvvəlində Şahzadə Harri üç günlük Londona səfər etdiyi zaman III Çarlz kiçik oğlunu İngiltərənin paytaxtında kral mənzilləri ilə təmin etməyə hazır idi.
Monarxa yaxın olan insayderlər iddia ediblər ki, Sasseks hersoqu razılaşsaydı, atası ilə görüş "daha asan" olardı. Lakin Şahzadə Harri hökumətin təhlükəsizliyi ilə təmin olunmadığı üçün hoteldə qalmağa qərar verib. O, ictimai giriş-çıxışları olan və polis mühafizəsi olmayan bir yerdə qalmaq istəməyib.