Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2024 17:04
Qusar rayonunda 1976-cı il təvəllüdlü Tamara ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tehrana (adlar şərti verilib - red.) xəsarət yetirib.
Sonxeber.net demokrat.az-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun kəndlərindən birində baş verib. Tamara yaşadığı evdə əri Tehranın kürəyinə ağac parçası ilə bir neçə dəfə zərbə vurub. Daha sonra arxadan itələyərək ona qəsdən xəsarət yetirib.
Hadisəni törədən Tamaranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 13 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlmiş əri Tehran ilə aralarında yaranmış mübahisə zamanı ağac parçası ilə bir neçə dəfə sonuncunun kürək nahiyəsinə vurub:
"Daha sonra arxadan onu itələdikdə sol qaşüstü nahiyəsi şüşəbəndin qapı çərçivəsinə dəyməsi nəticəsində xəsarət aldı. Hazırda törətdiyim əməlindən səmimi peşmançılıq hissi keçirmişəm".
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Tamaranın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.