Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 19:46
Misir hakimiyyəti HƏMAS hərəkatı ilə İsrail nümayəndələri arasında Qəzza zolağındakı vəziyyətin həlli ilə bağlı dolayı danışıqları bərpa etmək üçün bütün tərəflərlə işləyir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.
"Qahirə atəşkəslə bağlı dialoqun bərpası və İsrail həbsxanalarında məhbus olan fələstinlilər üçün girovların dəyişdirilməsi səylərini davam etdirir. Misir nümayəndələri Qəzzada sakitliyi bərpa etmək üçün bütün tərəflərlə intensiv məsləhətləşmələr aparırlar", - məlumatda bildirilib.