Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niki Minaj hava limanında saxlanıldı

Niki Minaj hava limanında saxlanıldı

Tarix: 26 May 2024 10:50

Tanınmış reper Niki Minaj Niderlandın Şiphol hava limanında saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, müğənninin üzərində yüngül narkotik vasitələr aşkarlanıb. O, cərimə ödədikdən sonra sərbəst buraxılıb.

Hərbi polis ABŞ vətəndaşının hava limanında yüngül narkotiklərə görə saxlanıldığını təsdiqləyib, lakin onun kimliyini açıqlamaqdan imtina edib.

Minajın özü sosial media hesabında yazıb ki, hava limanının mühafizəsi onun əşyaları arasında marixuana tapıb.

Qeyd edək ki, Niki Minaj bu həftənin əvvəlində Amsterdamda çıxış edib.

Milli.Az


Etiketlər:  Niki Minaj hava limanında saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ