Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baqrat yuxusunu qarışdırdı - ''Qarabağ, Qars və Ərzurum...''

Baqrat yuxusunu qarışdırdı -  ''Qarabağ, Qars və Ərzurum...''

Tarix: 26 May 2024 14:46

Keşiş Baqrat Qalstanyan və digər revanşistlərin heç bir planları yoxdur, bu səbəbdən təxribat törədəcəklərini bəyan edirlər, fiaskoya uğramış hərəkatlarını döyüşə bənzədirlər.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Arsen Torosyan deyib.

Deputatın fikrincə, planları alınmayan revanşistlər təxribata gedə bilərlər, amma bunun üçün təsiredici imkanları məhduddur:

"Hesab edirəm ki, başqa çıxış yolunun olmadığını gördüklərindən müxtəlif formada qarşıdurma, qanunsuz addımlara gedəcəkləri istisna olunmur. Bütün bunlar müxalifətin siyasi iflasını göstərir. Aksiyaları döyüşə bənzətmələri planlarının olmamasından xəbər verir, sadəcə hansısa yolla aksiyaları mümkün qədər uzatmaq istəyirlər. Çünki hakimiyyətdən narazı olan insanlar belə hərəkata dəstək vermirlər".

Torosyan qeyd edib ki, mayın 9-da başlayan mitinqdə xalqa heç bir vəd verə bilməyən revanşistlərin yenə də hakimiyyət dəyişikliyinə dair aydın yol xəritəsi yoxdur.

Onun sözlərinə görə, radikal müxalifət təxribat törətsə, adekvat cavab veriləcək:

"Nələrisə bəyan edə, qanunla nəzərdə tutulmuş tədbirləri görə bilərlər, qanunsuz hallar olarsa, müvafiq addımlar atılacaq. Əsasən də, fiziki olaraq edə bilməyəcəkləri şeylərdən danışırlar. İmpiçmentə də gedə bilməzlər, ümumiyyətlə, Baş nazir Nikol Paşinyanın istefasından söhbət gedə bilməz, çünki bu, legitim seçilmiş hökumətdir. İndi bu cür bəyanatlar onları qeyri-ciddi göstərir. Mahiyyət etibarilə bu hərəkat əvvəlkilərdən heç nə ilə fərqlənmir. İndi lider başqa bir qurumun nümayəndəsidir, özü və kilsənin nüfuzundan siyasət üçün istifadə etməyə çalışsa da, həm özü, həm də kilsənin nüfuzunu yerlə bir edib. Artıq insanlarda kilsə və Baqrata qarşı pis münasibət formalaşıb".

Torosyan vurğulayıb ki, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın keşişin hərəkatına açıq dəstəkləri də, cəmiyyəti müxalifətin tərəfinə keçirməyəcək:

"Başqa fəal şəxsləri də görsək, heç nə dəyişməyəcək, əslində onlar aktivdirlər, hərəkata dəstəklərini gizlətmirlər. Dəyişən siyahıdır, həminki məzmunsuzluq qalır. Bir şey aydındır, Ermənistanda dini dövlət ola bilməz, buna təkcə hökumət yox, Ermənistan xalqı da icazə verməyəcək. Bizi təfəkkürləri orta əsrlərdə qalmış kilsə xadimləri idarə edə bilməz".

Deputat Baqrat Qalstanyanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ermənistan üçün təhlükəli olduğunu söyləyib:

"Qarabağ, Qars və Ərzuruma getməkdən danışır, amma bu kimi şeylərin nələrə yol açdığını bilirik. Vətəndaşlar bu cür təxribatlara boyun əyməzdən əvvəl Ermənistanı belə boş vədlərdən üstün tutmalıdırlar.

Xalq bilməlidir ki, bu, Ermənistanın dövlətçiliyinə qarşı mübarizədir, hakimiyyəti konstitusiyaya zidd yolla ələ keçirmək cəhdidir. Hakimiyyət yalnız seçkilər yolu ilə dəyişə bilər".


Etiketlər:  Baqrat yuxusunu qarışdırdı Qarabağ Qars Ərzurum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ