Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gündə bir dəqiqə bu idman hərəkətini etmək cinsi aktivliyi artırır

Gündə bir dəqiqə bu idman hərəkətini etmək cinsi aktivliyi artırır

Tarix: 27 May 2024 00:30

İdman zalında fiziki məşqlər etmək, yataq otağında da fiziki cəhətdən daha aktiv olmağa kömək edə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər daha yaxşı cinsi həyat üçün edilməli olan ən bəsit və effektiv məşqin hansı olduğunu açıqlayıblar.

ABŞ-da yaşayan seks terapevti Dr. Reyçel Zar deyir ki, plank hərəkəti əsas əzələləri gücləndirməyə kömək edir, bu da cinsi əlaqə zamanı daha asan hərəkət etməyə və müxtəlif mövqelərdə sabitliyi saxlamağa kömək edir.

2011-ci ildə İndiana Universitetindən 530 qadınla aparılan araşdırma, bəzi qadınların qarın hərəkətləri edərkən belə təhrik olduğunu müəyyən edib.

Amerikalı digər bir uzman Canell Houvel də gündə bir dəfə belə olsa, plank etməyin çox faydalı olduğunu söyləyir. O, bunun hətta on saniyə davam etsə belə əsas əzələləri gücləndirdiyini, cinsi aktivliyi artırdığını iddia edir.

Məşhurlar da tez-tez bu idman növünü təbliğ edirlər. Bu idmanın həm kişilər, həm də qadınlar üçün vacib olduğu bildirilir.

Qeyd edək ki, fizioterapevtlər Kegel məşqlərinin də bu baxımdan çox əhəmiyyətli olduğunu diqqətə çatdırırlar.

Milli.Az


Etiketlər:  Gündə bir dəqiqə bu idman hərəkətini etmək cinsi aktivliyi artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ