Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2024 19:54
"Panatinaikos"un "Aris" üzərində 1:0 hesabı ilə qalib gəldiyi Yunanıstan kubokunun final matçını idarə edən referi Stefani Frappart matçdan sonra məğlub komandanın oyunçuları və texniki heyətinin aqressiv təzyiqinə məruz qalıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, fransalı hakim komandalardan birinə qarşı qərəzlilik qorxusundan qaçmaq, eləcə də korrupsiya risklərini azaltmaq üçün ölkə kubokunun finalına dəvət edilib.
Matçın baş hakimi "Panatinaikos"un bir, digər komandanın isə iki futbolçusunu meydandan qovub. 90+7-ci dəqiqədə vurulan yeganə qoldan dərhal sonra oyun bitib və "Aris"in futbolçuları və heyəti Frapparta tərəf qaçıb.
Polis hakimin ətrafında təhlükəsiz zona yaratmalı olub. Asayiş keşikçiləri fiziki hücumun qarşısını almaq üçün hakimlər briqadasının meydanı tərk etməsinə kömək ediblər.