Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2024 07:50
Mayın 27-də Günəşdə ən yüksək güc sinfi olan X səviyyəsində partlayış qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun alimləri məlumat veriblər.
Bakı vaxtı ilə 11:08-də rentgen diapazonunda 36 dəqiqə davam edən X2.9 partlayışı qeydə alınıb", - deyə elmi işçilər bildiriblər.
Həmçinin əlavə ediblər ki, bu günəş aktivliyi qısa dalğalı radio rabitəsində fasilələrə səbəb olub.
Qeyd edək ki, rentgen şüalarının gücündən asılı olaraq alimlər Günəşdə partlayışları şərti şəkildə beş sinfə ayırırlar: A, B, C, M və X. Hər bir sonrakı sinif günəş aktivliyinin 10 dəfə artması deməkdir.
Çox vaxt belə partlayışlar günəş plazmasının emissiyasına səbəb olur. Əgər onun buludları Yer səthinə çatarsa, maqnit qasırğaları yarada bilir.