Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2024 15:56
2016-2021-ci illərdə İsrailin "Mossad" kəşfiyyat xidmətinə rəhbərlik etmiş Yosi Koen Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəhbərliyinə təzyiq edərək, onları Fələstindəki hərbi cinayətlərin təhqiqatından imtinaya məcbur edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
Nəşrin yazdığına görə, bir neçə il əvvəl Koen əvvəlcə BCM-nin prokuroru xanım Fatou Bensouda ilə münasibət qurmağa çalışsa da, sonradan ünsiyyət tonu dəyişib.
İddiaya görə, Koen şəxsi görüşlərdə prokuroru hədələyərək deyib ki, onun və ya ailəsinin təhlükəsizliyinə xələl gətirə biləcək məsələlərə qarışmamalıdır.
İsrail hakimiyyəti isə bu ittihamları rədd edir.