Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2024 06:09
Havaların dəyişkən olması ilə əlaqədar qripə yoluxma halları artıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, isti geyinmək bu problemin aradan qaldırılmasına heç də yardım etmir. Bunun üçün ilk növbədə yeyib-içdiklərinizə diqqət etməlisiniz.
38 dərəcədən yuxarı hərarət, şiddətli zəiflik və əzələ ağrıları, quru öskürək, boğaz və burun axıntısı yəqin ki, qrip olan hər kəsə tanış hallardır. Bunu yaşamamaq üçün vitamini bol olan qidalar tükətməlisiniz.
Vitamin C - Ən yaxşı antioksidant vitaminlərdən biridir. Əgər C vitamini vitamin şəklində deyil, qidalardan alınırsa, bu qidalardakı fotokimyəvi maddələrdən də istifadə oluna bilər. Beləliklə, pomidor, təzə bibər, cəfəri, naringi, qreypfrut, portağal, nar, itburnu, kivi kimi tərkibində C vitamini olan qidalar gün ərzində istehlak edilməlidir.
Sink immunitet sistemi üçün vacib mineraldır. Dəniz məhsulları, ət, soğan və sarımsaqda olur. Sink balqabaq toxumunda, çiy fındıqda, qoz və badam kimi yağlı qidalarda, hind quşu, quzu ətində, qulançar və göbələkdə olur. Bu minerallar yüksək antioksidant təsirə malikdir və orqanizmin toksinlərlə mübarizə aparan hüceyrələrini gücləndirir.
Omeqa 3 yağ turşuları - Bunlar ən qiymətli yağlardır. İmmunitet, beyin və sinir sistemi, psixologiya və ürək-damar sağlamlığı üçün vacib qidadır. Balıq mövsümünün başlaması ilə həftədə 2 gün balıq yeyilməlidir. Balıqda omeqa-3-dən başqa, orqanizmin istehsal edə bilmədiyi, hüceyrələrin yenilənməsi və qocalmaya qarşı lazım olan əvəzolunmaz amin turşuları da var. Çiy fındıq, qoz və badam kimi yağlı toxumlarda Omeqa 3 var.
Bundan başqabol bortağal yeyib, limonlu və zəncəfilli çay için. Çaya nanə və mixək də qata bilərsiniz.