Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 04:06
Rusiyanın Sankt-Peterburq şəhərində günəş vannası qəbul edən tələbə qız yanıq xəsarətləri alıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, günəş vannasından sonra 21 yaşlı qızın bədəninin 80%-i yanıb.
Rusiya Mülki Aviasiya Universitetinin tələbəsi olan qız Sankt-Peterburqun Aviaşəhərcik rayonu ərazisində, yataqxananın yaxınlığındakı parkda birbaşa Günəş şüalarının altında uzanıb. Bir saat yarımdan sonra onun halı olduqca pisləşib və təcili yardım çağırıb. Qız yanıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər qıza dəri səthinin 80%-nin birinci dərəcəli günəş yanığı (dərinin səth qatının zədələnməsi) və ikinci dərəcəli yanıq (dərinin bütün dərinliyinin zədələnməsi) diaqnozu qoyublar. Həkimlər zərərçəkənin günəş kremi çəkib-çəkmədiyini araşdırırlar.