Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emre Belözoğlu istefaya göndərildi

Emre Belözoğlu istefaya göndərildi

Tarix: 31 May 2024 20:18

Emre Belozoğlu "Ankaragücü"nün baş məşqçisi vəzifəsini tərk edib.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki,  bu barədə Ankara klubu açıqlama yayıb.

Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Türkiyə Superliqasında uğursuz çıxış gənc mütəxəssisə bağışlanılmayıb. Komanda Emrenin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.

Qeyd edək ki, "Ankaragücü" 43 yaşlı baş məşqçi ilə keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 13 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub. Komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.


Etiketlər:  Emre Belözoğlu istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ