Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

16 yaşlı qız dayısını öldürdü, 20-dən çox cinayəti ortaya çıxdı - FOTO

16 yaşlı qız dayısını öldürdü, 20-dən çox cinayəti ortaya çıxdı - FOTO

Tarix: 1 Iyun 2024 06:22

Türkiyədə yeniyetmə qız dayısını öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Ərzurum şəhərində baş verib. Ərzincandan Ərzuruma nənəsigilə gələn 16 yaşlı İ.A. ilə dayısı Murat T. arasında münaqişə yaşanıb. Bu zaman qız onu vuran dayısına bıçaqla bir neçə zərbə endirib.

Daha sonra o, digər dayısı ilə Murat T.-ni sürüyərək evdən çıxarıblar.

Polisin keçirdiyi əməliyyat nəticəsində 16 yaşlı İ.A qəsdən adam öldürmə cinayətinə görə saxlanılıb. Məlum olub ki, o, 20-dən çox digər cinayətlərə görə axtarışda olub.

Milli.Az


Etiketlər:  16 yaşlı qız dayısını öldürdü 20 dən çox cinayəti ortaya çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ