Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin kosmik aparatı Ayın əks tərəfinə enib

Çinin kosmik aparatı Ayın əks tərəfinə enib

Tarix: 2 Iyun 2024 07:26

Çinin "Çane-6" kosmik gəmisinin eniş modulu Ayın uzaq tərəfindəki təyin olunmuş Cənub Qütbü-Eytken bölgəsinə uğurla enib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.

Məlumata görə, cihaz Ay nümunələri toplamaq üçün nəzərdə tutulub.

"Queqiao-2" retranslyator peykinin dəstəyi ilə "Çane-6" eniş aparatı Cənub Qütbü-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş edib", - məlumatda deyilib.

Mayın 3-də Çin Haynan adasının şərq sahilindəki "Vençan" kosmodromundan CZ-5 Y8 daşıyıcı raketindən istifadə edərək "Çane-6"nı kosmosa çıxarıb.

Missiyanın 53 gün davam edəcəyi gözlənilir.


Etiketlər:  Çinin kosmik aparatı Ayın əks tərəfinə enib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ