Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağıntılar altından özü çıxdı

Dağıntılar altından özü çıxdı

Tarix: 2 Iyun 2024 15:44

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dağıntılar altından çıxarılan 7 nəfərdən biri öz hesabına xilas olunub.

Belə ki, həmin kişi öz həyatını xilas etdikdən sonra dağıntılar altında qalan digər şəxslər barəsində də axtarış qruplarına məlumat verib.

O bildirib ki, binanın yelləndiyini hiss edəndə təhlükəsizliyini sığortalayıb:

"Binada əvvəlcə tərpəniş hiss etdim. Daha sonra başa düşdüm ki, çökəcəyik. Əvvəl düşündüm ki, bu bir zəlzələdir. Tez qapı və şkafın arasındakı boşluğa sığındım. Vəziyyətim yaxşıdır. İçəridə itim qalıb onun xilas edilməsini gözləyirəm".

Milli.Az


Etiketlər:  Dağıntılar altından özü çıxdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ