Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi

93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi

Tarix: 2 Iyun 2024 23:32

Amerikalı media maqnatı, 93 yaşlı Rupert Merdok rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "San" nəşri yazıb.

"93 yaşlı Merdok bir neçə aylıq görüşdən sonra 67 yaşlı təqaüdçü molekulyar bioloq Yelena Jukova ilə evlənib. Cütlük hadisəni Kaliforniyadakı Merdok bağında yaxınlarının iştirakı ilə qeyd ediblər", - məlumatda bildirilib.

Rupert Merdok 1979-cu ildə "Voll Strit Jurnal", "Tayms", "San" və Nyu York Post" qəzetlərinin daxil olduğu "Xəbərlər Korporasiyası" (News Corporation) media holdinqini təsis edib. Bundan əlavə, milyarder "Foks Nyus" televiziya şirkətinə, habelə bir sıra peyk operatorlarına və "Dow Jones" xəbər agentliyinə sahibdir. 2023-cü ilin sentyabrında media Merdokun "Fox and Nyus" korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirdi. Onun yerinə oğlu Laklan Merdok keçib.

Milli.Az


Etiketlər:  yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ