Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2024 09:55
"Deyəcəyəm, yeni dilimin bəlasına düşəcəyəm. Kaş ki, meyxanaçılar öz sanbalında olan müğənnilərlə duet oxuyardılar və bu gün sənət bu səviyyəyə çıxmazdı. Sənəti bu hala salmaqlarının birbaşa səbəbi elə meyxanaçılardır".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.
Sənətçi musiqi savadı və sənəti olmayan ifaçılarla duet oxuyan meyxanaçıları efir vasitəsi ilə tənqid edib:
"Meyxanaçılar sənəti olan müğənnilərlə duet oxusaydılar... Söz və musiqi hər zaman bir olmalıdır. Amma bu, musiqini dərindən bilən, səsi və sənəti olan insanla edilsəydi, sənət bu cılız səviyyəyə gəlib çıxmazdı. Belə olan halda müğənni oturub arzulamazdı ki, bir meyxanaçı olsaydı, onunla duet oxuyub, toylara gedib pul qazanardım".