Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röya Elnarənin paxırını AÇDI: “Məni “Instagram”da...” – FOTO

Röya Elnarənin paxırını AÇDI: “Məni “Instagram”da...” – FOTO

Tarix: 3 Iyun 2024 18:25

Xalq artisti Röya Ayxan qalmaqal yaşadığı həmkarı Elnarə Xəlilova ilə bağlı paylaşım edib. 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Elnarənin "Ay uzun saç, qara göz, ağıllı kuklam mənim" mahnısına çəkdirdiyi klipdən bir hissəni yayımlayıb. 

Xəlilovanı yeni klipi münasibəti ilə təbrik edən Xalq artisti atmacasından qalmayıb. Röya "Instagram"da Elnarənin adını işarələmək istəsə də, qarşı tərəfin onu qara siyahıya atdığını bildirib:

"Əzizim, nə gözəl alınıb. Məni uşaqlığıma qaytardığın üçün təşəkkürlər. Çox bəyəndim. Səni "tag" (işarələmək - red.) edəcəkdim, "bloka" (qara siyahı - red.) atdığın üçün olmadı". 

Qeyd edək ki, Elnarə sonuncu müsahibəsində "Röyanın nömrəsi məndə yoxdur. Son dəfə Röya ilə 3 il əvvəl danışmışıq" sözlərini dilə gətirib. 


Etiketlər:  Röya Elnarənin paxırını AÇDI Məni Instagramda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ