Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyo qalibiyyətlə başladı

Mourinyo qalibiyyətlə başladı

Tarix: 23 Noyabr 2019 18:56

Joze Mourinyonun yeni klubu "Tottenhem"də debütü uğurlu alınıb.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"in qonağı olub və 3:2 hesabı ilə qalib gəlib.

"Vest Hem" - "Tottenhem" - 2:3
Qollar:
Hon-Min, 36 (0:1), Moura, 43 (0:2), Keyn, 49 (0:3), Antonio, 73 (1:3), Oqbonna, 90 (2:3)

Bu qələbə ilə xalını 17-ə yüksəldən London təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.12 oyundan 34 xalı olan "Liverpul" 1-ci, "Lester" 26 xalla 2-ci, "Çelsi" 26 xalla 3-cüdür.

Qeyd edək ki, Joze Mourinyo "Tottenhem"in baş məşqçi vəzifəsində bu ay istefaya göndərilən Maurisio Poçettinonun əvəzləyib.

 


Etiketlər:  Mourinyo qalibiyyətlə başladı


RƏYLƏR