Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Geyimi Handeyə çətin anlar yaşatdı - VİDEO

Geyimi Handeyə çətin anlar yaşatdı - VİDEO

Tarix: 4 Iyun 2024 13:50

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə "Elle Style Awards" gecəsi baş tutub.

Sonxeber.net bildirir ki, axşam.az-ın məlumatına görə, gecədə diqqət çəkənlər arasında aktrisa Hande Erçel və sevgilisi Hakan Sabancı olub. Tədbirdə mükafat almaq üçün səhnəyə çıxan aktrisaya libasının ətəyi çətin anlar yaşadıb. O səhənədəkilərin yardımı ilə ayaqlarına dolaşan ətəyindən qurtulub, oraya qalxa bilib.

Bundan başqa cütlük müxbirlərin suallarını cavablamağa razılıq verib. Lakin suallardan biri Hakanı bu qərarı almağına peşiman edib.

Belə ki, müxbirlərdən biri Hakandan yaxasındakı gülün aksesuar olub-olmadığını soruşub. Onun bu sualı Hande ilə Hakanı təəccübləndirib. Hande "bu necə qəribə sualdır" deyə, ona qarşılıq verib. Hakan əsəbiləşərək digər sualları cavablandırmaqdan imtina edib və aktrisa ilə oradan uzaqlaşıb.


Etiketlər:  Geyimi Handeyə çətin anlar yaşatdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ