Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2024 09:54
Çin Elektron Elm və Texnologiya Universitetinin (UESTC) alimləri müəyyən ediblər ki, piylənmə tez-tez çili bibəri istehlak edən insanlar arasında daha çox yayılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, tədqiqatçılar çili bibəri istehlakının tezliyi, bədən kütləsi indeksi (BMI) və ümumi ABŞ əhalisi arasında piylənmənin yayılması arasındakı əlaqəni təhlil ediblər. Tədqiqata 6138 ABŞ-li qadın və kişi qoşulub. İştirakçıların sağlamlığı, çəkisi və çili bibəri istehlakının tezliyi haqqında məlumat toplanılıb.
Əldə edilən məlumatlara əsasən, könüllülər üç qrupa bölünüblər: çili bibəri yeməyənlər, az hallarda yeyənlər və tez-tez yeyənlər. Korrelyasiya təhlili göstərdi ki, üçüncü qrupdakı iştirakçılarda normaldan daha çox bədən kütləsi indeksi var. Alimlər hesablayıblar ki, onların BKG-si (bədən kütlə göstəricisi) rassionunda az miqdarda çili bibəri olan könüllülərinkindən orta hesabla 0,71 bal yüksəkdir.
Həmçinin çili bibəri istehlakı yüksək səviyyədə olan iştirakçıların birinci qrupdakı könüllülərlə müqayisədə piylənmə riskinin 55% daha yüksək olduğu müəyyən edildi.
Alimlər qeyd ediblər ki, çili bibəri çox vaxt yağlı və kalorili qidalarla birlikdə istehlak edilir. Çox güman ki, kilo almağa səbəb olan bu birləşmədir.