Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappenin ''Real''dakı maaşı məlum oldu

Mbappenin ''Real''dakı maaşı məlum oldu

Tarix: 5 Iyun 2024 10:22

"Real Madrid"in yeni transfer etdiyi hücumçu Kilian Mbappenin maaşı illik 30 milyon avro olacaq və vurulan qollara görə bonuslar olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, fransalı futbolçu 50 milyon avro məbləğində imza bonusu əldə edəcək.

Həmçinin, onun müqaviləsində 1 milyard avroluq təzminat məbləği də əks olunub. Hücumçunu vaxtından əvvəl almaq istəyənlər bu məbləği ödəməli olacaqlar.

Mbappenin, həmçinin imic hüquqlarının 70 %-nə sahib olacağı vurğulanır.

Milli.Az


Etiketlər:  Mbappenin Realdakı maaşı məlum oldu


RƏYLƏR