Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Rusiya ilə bağlı sensasiyalı qərara hazırlaşır

Almaniya Rusiya ilə bağlı sensasiyalı qərara hazırlaşır

Tarix: 5 Iyun 2024 14:32

Ukrayna öz xalqının həyatını qorumaq üçün Rusiyanın hücumlarının qarşısını almalıdır və qadağa yalnız daha çox ukraynalının ölümünə səbəb olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniyanın vitse-kansler Robert Habek kansler Olaf Şoltsdan Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirilməsinə icazə verilməsini tələb edərkən bildirib.

O qeyd edib ki, gec qərar verilməsində Şoltsu günahlandırmaq olmaz:

"Bu yanlış sözdür. Qəbul edilməli olan son dərəcə çətin qərarlar var və buna görə də hər şeyi diqqətlə ölçmək yaxşıdır. Belə olan halda düzgün qərar verilir".

Bildirilir ki, iyunun 6-da Almaniya kansleri Bundestaqda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı hökumət bəyanatı verməyi planlaşdırır.

Qeyd edək ki, Almaniya Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyin qatı əleyhdarı kimi çıxış edir.

Milli.Az


Etiketlər:  Almaniya Rusiya ilə bağlı sensasiyalı qərara hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ