Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2024 17:34
AÇ-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "ay-ulduzlular"ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.
Söhbət Ozan Kabakdan gedir. 24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.
Qeyd edək ki, bunadək Çağlar Söyüncü və Enes Ünalın da zədə ilə əlaqədar AÇ-2024-ə aparılmayacağı bəlli olmuşdu.