Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni pandemiya qapıda: İlk yoluxma qeydə alındı

Yeni pandemiya qapıda: İlk yoluxma qeydə alındı

Tarix: 6 Iyun 2024 07:24

Ümumdünya Səhiyyə Təşkilatı dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını açıqlayıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu hal Meksikada yaşanıb.

ÜST xəstəliyin insanlar arasında yayılma riskini aşağı səviyyədə qiymətləndirib.

Meksika səlahiyyətliləri ÜST-ə "Meksika ştatının sakinində insanda quş qripi A(H5N2) virusu aşkarlanması" barədə məlumat verib.

Təşkilatın Cenevrədəki mənzil-qərargahının bəyanatında deyilir ki, bu, dünyada qeydə alınan A(H5N2) qripi virusuna insan yoluxmasının laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisəsidir.

Xəstəlik Meksika ştatının 59 yaşlı sakinində aşkarlanıb. Mütəxəssislər onun quş və ya digər heyvanlarla təması olmadığını bildiriblər. Xəstənin yaxınlarının dediyinə görə, o, başqa səbəblərdən üç həftə yataqda qalıb. Bundan sonra meksikalıda hərarət, nəfəs darlığı, ishal, ürəkbulanma və ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstəxanaya yerləşdirilsə də, elə həmin gün orada ölüb.


Etiketlər:  Yeni pandemiya qapıda İlk yoluxma qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ