Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vurduğu qolu dayısına həsr etdi - FOTO

Vurduğu qolu dayısına həsr etdi - FOTO

Tarix: 6 Iyun 2024 08:40

Lüksemburq yığması ilə yoldaşlıq görüşündə Fransa yığmasının hücumçusu Kilian Mbappe 83-cü dəqiqədə qol vurub. "Real"ın hücumçusu qolunu mərhum dayısı Aleksə həsr edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Mbappe həmin anın fotolarını instaqram hesabında paylaşıb.

Qeyd edək ki, Fransa - Lüksemburq oyunu fransızların 3:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, iyunun 3-ü "Real Madrid" Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib. Futbolçunun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe əvvəllər PSJ-də çıxış edib. Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Vurduğu qolu dayısına həsr etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ