Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlandı

Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlandı

Tarix: 6 Iyun 2024 12:22

Gürcüstanın Rusiya ilə yeganə işlək quru gömrük-keçid məntəqəsinin bütün işçiləri təxliyə edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, yerli vaxtla 08:36-da Devdorakidə yerləşdirilmiş detektor çay yatağında suyun səviyyəsinin artmasına dair xəbərdarlıq siqnalı göndərib. Bundan sonra protokola əsasən Dəryal gömrük keçid məntəqəsindəki bütün patrul polisləri, gömrük əməkdaşları, sərhəd polisi və özəl şirkətin əməkdaşları təhlükəsiz yerə təxliyə ediliblər. Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin əməkdaşları və geoloqlar sərhəd polisinə məxsus helikopterlə əraziyə yola düşüblər. Bundan başqa, Qveleti yaxınlığında magistral yol bağlanıb. Hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı bildirilib.

-------------
 

Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yol bağlanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Gürcüstanda baş verən qar uçqunu səbəbindən Yuxarı Lars yolu bütün nəqliyyat növləri üçün bağlanıb.

Terek çayında suyun səviyyəsinin qalxdığı, sərhəd keçid məntəqəsinin əməkdaşlarının təxliyə edildiyi bildirilib.


Etiketlər:  Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ