Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın arvadının geyimi gündəm oldu - FOTO

Paşinyanın arvadının geyimi gündəm oldu - FOTO

Tarix: 6 Iyun 2024 13:20

Nikol Paşinyan və arvadı Anna Akopyanın davranışları Ermənistanda getdikcə daha çox qıcıq yaratmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artıq təkcə müxalifət tərəfdarları deyil, hətta Paşinyanın ən yaxın adamları, partiya üzvləri də narazılıqlarını dilə gətirməyə başlayıblar.

Qeyd olunur ki, ölkədə mövcud gərginlik fonunda Nikol Paşinyan öz adamlarına xalq arasında çox dolanmamağı, qıcıq yaratmamağı tapşırıb. Paşinyan və ailəsi isə bu göstərişə özləri məhəl qoymurlar.

Xüsusən Anna Akopyanın tez-tez xalq arasında görünməsi böyük narazılıq yaradır. Çünki Anna Akopyanın onlarla mühafizəçinin əhatəsində olması xalqla bu cür yaxınlığın süni olmasını göstərir, həmçinin cəmiyyətdə ikrah hissi doğurur. İkrah hissi doğuran daha bir məqam isə Akopyanın geyimidir. Paşinyanın arvadının son səfəri zamanı çəkdirdiyi selfi kəskin narazılıqla qarşılanıb. Paşinyanın tərəfdarları olan "Vətəndaş sazişi" üzvləri belə Akopyanın açıq-saçıq geyimdəki selfisindən hiddətləniblər.

Elə son zamanlar bloqçuluğa meyil salan Nikol Paşinyanın davranışı da istər tərəfdarları, istərsə də müxalifət dəstəkçiləri arasında kəskin narazılıqla qarşılanır.

Ortada olan mənzərə bir daha sübut edir ki, Nikol Paşinyan və arvadı süni olaraq hələ də xalq tərəfindən sevildikləri obrazını formalaşdırmağa çalışırlar.

Milli.Az


Etiketlər:  Paşinyanın arvadının geyimi gündəm oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ