Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada milyonçuların sayı artır

Dünyada milyonçuların sayı artır

Tarix: 6 Iyun 2024 21:56

Beynəlxalq konsaltinq şirkəti "Capgemini" 2023-cü il üçün dünyada milyonçuların sayı və onların ümumi sərvətləri ilə bağlı Dünya Sərvət Hesabatını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkətin hesablamalarına görə, zəngin insanların sayı keçən il 5,1% artaraq 22,8 milyon nəfərə çatıb. Onların ümumi sərvəti də 4,7% artaraq 86,8 trilyon dollar təşkil edib.

Son bir ildə rifahın ən əhəmiyyətli artımı Şimali Amerikada, ən pis vəziyyət isə Afrikada müşahidə olunub.

Qeyd olunub ki, əgər 2022-ci ilin sonunda geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik səbəbindən milyonçuların ümumi sərvəti 3,6%, milyonçuların sayı isə 3,3% azalıbsa, 2023-cü ildə artım nəinki bərpa olunub, həm də rekord həddə çatıb.

Milli.Az


Etiketlər:  Dünyada milyonçuların sayı artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ