Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya 20% işğal edib, Qərb isə bizi şantaj edir: Nə edək?

Rusiya 20% işğal edib, Qərb isə bizi şantaj edir: Nə edək?

Tarix: 6 Iyun 2024 22:36

Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib.

Sonxeber.net globalinfo.az-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O bildirib ki, Rusiyanın işğalı faktdır və bu məsələdə spekulyasiyaya yer yoxdur.

"Bəs hazırladığınız hesabatda Rusiyanın işğalçı ölkə olmasından niyə bəhs edilmir?" sualına baş nazir belə cavab verib:

"Hesabatda əksər mövzular müzakirə olunur. Təbii ki, bu mövzular parlamentin müzakirəsinə də çıxarılacaq. Fakt budur ki, Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib. Beləliklə, burada spekulyasiyaya yer yoxdur. Biz hamımız vəziyyətin necə olduğunu və qarşımızda hansı vəzifələrin dayandığını bilirik. Ölkə ərazisinin 20 faizinin işğal olunduğu və Qərbdən kiminsə bizi şantaj etməyə çalışdığı bir vaxtda atacağımız addımlarda diqqətli olmalıyıq. Xalqımız, ölkəmiz sağlam münasibətlərə layiqdir".


Etiketlər:  Rusiya işğal edib Qərb isə bizi şantaj edir edək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ