Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2019 13:28
“Mançester Siti”nin “Çelsi” ilə oyununda (2:1) vurduğu qolu VAR sistemi ilə ləğv edilən Rahim Sterlinq qərara etirazını bildirib.
Qol.az xəbər verir ki, özünün rəsmi Tvitter səhifəsində o, mesajının sonuna gülüş işarələri qoymaqla yazıb: “VAR qərarı ilə sayılmayan qol rekordumu artırdığım üçün şadam. Bu lənətə gəlmiş VAR məni öldürücək”.
Xatırladaq ki, dünən keçirilən “Mançester Siti” – “Çelsi” matçının 90+3-cü dəqiqəsində Sterlinq qol vurub hesabı 3:1 etsə də, VAR qərarı ilə qol ləğv olunub.