Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2019 16:40
Azərbaycan Premyer Liqasının 12-ci turunun bu gün “Zirə”yə qarşı keçirilən oyununda “Keşlə”nin futbolçusu Sezar Meza Kolli komandasını çətin vəziyyətdə qoyub.
Qol.az xəbər verir ki, 59-cu dəqiqədə, hesab 3:1 “Zirə”nin xeyrinə olarkən italiyalı futbolçu rəqibə qarşı bilərəkdək kobudluq edib.
O, “Zirə”nin futbolçusu Alvaro Ampueronu dirsəyi ilə vurub. Bu səbəbdən baş hakim Orxan Məmmədov Kolliyə birbaşa qırmızı vərəqə göstərib.