Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2024 00:40
İqlim dəyişikliyi və nüvə silahları planetdə bəşəriyyətin mövcudluğu üçün əsas təhlükədir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşündə deyib.
Amerika lideri vurğulayıb ki, iqlim dəyişikliyinin mövcud təhlükəsi getdikcə güclənir:
"Bu, insanlıq üçün ekzistensial təhlükədir. İqlim dəyişikliyi ilə bağlı nəsə etməsək, bu, nüvə silahları ilə yanaşı insanlıq üçün yeganə ekzistensial təhlükə olaraq qalacaq".