Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarğalar bu ölkənin sakinlərinin həyatını cəhənnəmə çeviriblər - FOTOlar

Qarğalar bu ölkənin sakinlərinin həyatını cəhənnəmə çeviriblər - FOTOlar

Tarix: 9 Iyun 2024 10:42

Londonun cənub-şərqindəki zəngin Dulviç şəhərciyinin sakinləri qarğaların hücumuna görə qorxu içində yaşayırlar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, balalarını həddən artıq qoruyan quşlar Taunli Roud küçəsində yoldan keçənlərə hücum edirlər. Keçən ildən bəri, demək olar ki, on belə hal qeydə alınıb, zərərçəkmişlərin əksəriyyəti isə keçəl kişi olub.

Mütəxəssislər izah edirlər ki, qarğalar üçün yuvalama mövsümü hər il yaz və yayın əvvəli arasında baş verir - bu müddət ərzində onlar öz balalarını potensial təhlükələrdən qoruyaraq aqressivləşə bilərlər. Tədqiqatlar göstərib ki, qarğalar insan üzlərini tanıya və hətta hücum üçün xüsusi hədəflər seçə bilirlər.

Dulviç sakinləri assosiasiyasının sədri Brict Furst, keçən həftə qorxuya düşmüş insanların bir sıra şikayətlərindən sonra hadisə yerinə gedib və hücumlardan birinə özü də şahid olub.

O, yerli sakinlərə yeməklə küçədə gəzməməyi və özlərini qorumaq üçün çətir götürməyi tövsiyə edib.

Yeri gəlmişkən, Dulviç bölgəsi Britaniya paytaxtının ən prestijli bölgələrindən biri hesab olunur. Burada Hollivud ulduzu Tom Kruz, BBC-nin keçmiş müxbiri Hyu Edvards və keçmiş baş nazir Marqaret Tetçer yaşayıblar.


Etiketlər:  Qarğalar ölkənin sakinlərinin həyatını cəhənnəmə çeviriblər FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ