Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Aclıq Oyunları'' pərəstişkarlarına sevindirici xəbər - FOTO

''Aclıq Oyunları'' pərəstişkarlarına sevindirici xəbər - FOTO

Tarix: 10 Iyun 2024 03:04

"The Hunger Games" ("Aclıq Oyunları") seriyasının beşinci kitabı çıxıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə müəllif Syuzen Kollins elan edib.

"Sunrise on the Reaping" adlanan romandakı hadisələr "The Ballad of Songbirds and Snakes" ("İlanlar və nəğmə quşları haqqında ballada") prekvelindən 40 il sonra və orijinal trilogiyadan 24 il əvvəldən bəhs edir.

Kitabda Vudi Harrelsonun filmə adaptasiyalarda canlandırdığı Heymiç Ebernetinin qalib gəldiyi 50-ci "Aclıq Oyunları"nda baş verən hadisələr əks olunub.

Kollins deyir ki, bu dəfə o, təbliğat ideyalarına və narrativləri idarə edən insanların gücünə toxunub.

Kitab əsasında seriyanın əvvəlki hissələri kimi film çəkilib-çəkilməyəcəyi hələ məlum deyil.

Qeyd edək ki, orijinal trilogiya 2008-ci ildən 2010-cu ilə qədər davam edib, prikvel isə 2020-ci ildə buraxılıb. Kitabın dünya üzrə 100 milyon nüsxədən çox satışı olub.

Serialdakı filmlər isə 3 milyard dollardan çox gəlir əldə edib.


Etiketlər:  Aclıq Oyunları pərəstişkarlarına sevindirici xəbər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ