Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoşqədəmə söz atdı :''Saxta adam...''

Xoşqədəmə söz atdı :''Saxta adam...''

Tarix: 10 Iyun 2024 11:25

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın onun üçün aldığı boyunbağının saxta olduğunu deyib. 

Sonxeber.net bildirir ki, axşam.az-ın məlumatına görə, şair Nazilə Səfərli ad çəkmədən Xoşqədəmə söz atıb. O, instaqram paylaşımında bunları yazıb:

"Allah İlhamə xanıma rəhmət eləsin. Goru nurla dolsun. Saxta adama saxta hədiyyə. Böyük məktəb".

Qeyd edək ki, X.Hidayətqızı açıqlamasında "Ad günüm günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxartmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Eləmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də ki, brilyantdır. Bu bijuteriyadır" sözlərini deyib.

Xatırladaq ki, Xoşqədəmlə Nazilə arasında qalmaqal Nazilə Səfərlinin qardaşının keçmiş arvadının Xoşqədəmin Xəzər TV də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etməsi ilə başlanıb. N.Səfərli Xoşqədəmlə bağlı verdiyi açıqlamaya görə qarşı tərəf onu məhkəməyə verib. Tərəflər arasında davam edən məhkəmə prosesi 2019-cu ildə başa çatıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şairə Hidayətqızıdan üzr istəməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməli idi.


Etiketlər:  Xoşqədəmə söz atdı Saxta adam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ