Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2024 19:35
Aparıcı Xoşqədəm Hidayətqızı qısqanc olmasından danışıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" verilişində bu sözləri deyib:
"Gördüm ki, çox qısqanclıq ailəni itirmək deməkdir. Qısqanclıq da dərəcəsində olmalıdır. Doğuş telefonu yerə qoyan kimi gecə saat 2-də telefonu yoxlayırdım. Yalan nə deyim... Mənim telefonum ortada olurdu, onunku isə yox. Bizim bir-birimizin sosial şəbəkədəki hesablarımızın şifrəsini bilirik. Doğuşa fanatları yazırdılar ki, "səni sevirəm", "uşaqlıq sevgim" və sair. Çox əsəb keçirirdim.
Sonra gördüm ki, bu əsəb məni məhv edəcək. Üç il əvvəl belə idim, sonra telefona baxmadım. Bir dəfə Doğuşun Taksimdə konserti var idi. Bir qız qışqırdı ki, "Doğuş, səni sevirəm". Hər kəs mənim üzümə baxdı. Həqiqətən qısqanlıq çox pisdir. Qısqanc insanlara deyirəm ki, bu böyük bir xəstəlikdir, qədərində olmalıdır. Dərəcədən artıq olanda çox ciddi psixoloji problemlərə gətirib çıxara bilər".
Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün iki övladı var.