Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paris meri Makronun Olimpiada öncəsi parlamenti buraxmaq qərarından şoka düşüb

Paris meri Makronun Olimpiada öncəsi parlamenti buraxmaq qərarından şoka düşüb

Tarix: 10 Iyun 2024 21:30

Paris meri Ann İdalqo Fransa Prezident Emmanuel Makronun iyunun 9-da keçirilmiş Avropa Parlamentinə seçkilərdə uduzduqdan sonra ölkə parlamentini buraxmaq qərarından şoka düşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, barədə Fransa paytaxtının meri AFP agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu qərar qarşıdan gələn Olimpiya Oyunlarının keçirilməsinə təsir edə bilər: "Prezidentin Olimpiya Oyunları öncəsi parlamentin buraxılması barədə qərar verdiyini eşidəndə məəttəl qaldım, şoka düşdüm. Olimpiada ərəfəsində parlamentin buraxılması çox narahatedicidir", - o deyib.

Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Milli.Az


Etiketlər:  Paris meri Makronun Olimpiada öncəsi parlamenti buraxmaq qərarından şoka düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ