Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus ordusunun hədəfi indi bu iki şəhərdir

Rus ordusunun hədəfi indi bu iki şəhərdir

Tarix: 12 Iyun 2024 08:58

Xarkov vilayətində hücumun başlanğıcında rus hərbçiləri Lipts və Volçanskı mümkün qədər tez tutmağı qarşılarına məqsəd qoymuşdular, lakin indi düşmənin döyüşməsi çox çətindir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirib.

Onun sözlərinə görə, indi Rusiya qüvvələrinin məqsədi çox güman ki, Belqorod yaxınlığından Xarkov vilayəti ərazisinə daxil olan qrupları birləşdirmək olacaq:

"Onlar Liptsdə şəhər döyüşlərinə başlamaq istəyirlər. Volçanskı tam nəzarətə götürmək onların vəzifəsidir. Baxmayaraq ki, işğalçılar başa düşürlər ki, indi şəhər şəraitində hərbi əməliyyatları gücləndirsələr də, Volçanskı işğal etmək tapşırığını qısa müddətdə tam şəkildə yerinə yetirə bilməyəcəklər. Buna görə də onlar üçün əsas vəzifə bu iki yeri bir-biri ilə birləşdirmək olacaq".

Eyni zamanda o qeyd edib ki, Rusiya qoşunları hazırda Mur çayı arasında və su anbarının yanında sıxışıb və bu şəraitdə onların manevr etməsi çətinləşib:

"İkinci məqam ondan ibarətdir ki, onlar qərb kənarı ilə Volçanska getməyə çalışırlar. Staritsa-Burqovatka-Prilipitsa xəttinə təzyiqi artıracaq və qərb tərəfdən Volçanskı əhatə etməyə başlayacaqlar. İşğalçılar bunu həyata keçirə bilsələr, Sinelnikovoya çatmaq və onun qərb kənarından Volçanska daxil olmaq imkanı əldə edəcəklər".


Etiketlər:  ordusunun hədəfi indi şəhərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ