Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan paytaxtında atışma - kriminal avtoritet öldürüldü

Ermənistan paytaxtında atışma - kriminal avtoritet öldürüldü

Tarix: 12 Iyun 2024 09:16

Ermənistanın paytaxtı İrəvanda atışma olub, Daxili İşlər Nazirliyi hadisəni araşdırır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, təxminən yarım saat əvvəl paytaxtın Ajapnyak rayonunda atəş səsləri eşidilib.

Sakinlərin sözlərinə görə onlar avtomobildən açılan avtomat atəşinin səsini eşidiblər. Hadisə yerinə polis qrupları cəlb olunub.

Mətbuatda yayılan bir digər xəbərdə isə İrəvanda baş verən atışma nəticəsində "Faz" ləqəbli kriminal avtoritet Sergey Qriqoryanın öldürüldüyü bildirilir.


Etiketlər:  Ermənistan paytaxtında atışma kriminal avtoritet öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ