Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamdan xərclik alıram, anamın pensiyasını kirayəmə verirəm'' - VİDEO

''Atamdan xərclik alıram, anamın pensiyasını kirayəmə verirəm'' - VİDEO

Tarix: 12 Iyun 2024 13:05

Model Səmra Hüseynovanın qonaq olduğu "Həmin Zaur" verilişində modelin atasının telefon zəngində söyədiyi sözlər izləyicilər tərəfindən qəbul olunmayıb.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, modelin atasının "Qızım ilə fəxr edirəm" deməsi sosial şəbəkələrdə fikir ayrılığına səbəb olub.
 
Kimisi bunu alqışlayarkən, kimisi də atasının pul xatirinə bu sözləri dediyini iddia edib.
 
Bu fikirlərin ardından model "instagram" hesabında iddialara cavab verib:
 
"Deyirsiz atası Səmranın puluna görə belə deyir. Hansı pul? Türkiyədən qayıtdığım gündən bu günə kimi mənə atam baxır. Evimin kirayəsini atam ödəyir. Mən modeləm, pulu belə qazanırdım. Amma hazırda çılpaq çəkilişləri dayandırmışam. 31 yaşım var, özüm-özümü saxlamalıyam. Amma özümə baxa bilmirəm, atam mənə baxır. Xərcliyimi verir, anamın pensiyası ilə öz pulunu birləşdirib evimin kirayəsini ödəyir. Mən belə övladam, amma məni sevirlər".


Etiketlər:  Atamdan xərclik alıram anamın pensiyasını kirayəmə verirəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ