Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krivoy Roqun vurulmasına Zelenskidən reaksiya

Krivoy Roqun vurulmasına Zelenskidən reaksiya

Tarix: 12 Iyun 2024 22:56

Rusiyanın Krivoy Roqa raket zərbəsi nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bu cür hücumlar Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin zəruriliyini göstərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında bildirib.

Zelenskinin sözlərinə görə, müasir hava hücumundan müdafiə sistemləri mülki şəxsləri, şəhərləri və Ukrayna əsgərlərinin mövqelərini maksimum dərəcədə müdafiə edə bilər.

Milli.Az


Etiketlər:  Krivoy Roqun vurulmasına Zelenskidən reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ